22.8 C
Bakı
10 İyun 2026 02:28
Dünya

Tramp: “Söylədim ki, Vladimir, bunu etmə, Moskva ağır zərbə altında qalacaq”

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edir ki, Rusiya lideri Vladimir Putinlə şəxsi söhbətində ona xəbərdarlıq edib ki, Rusiya hər hansı ölkəni ələ keçirsə, “Moskva hücuma məruz qalacaq”.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ administrasiyasının keçmiş rəhbəri dünən Vaşinqtonun ətrafında Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin illik konfransında açıqlayıb.

Tramp bu barədə belə deyir: “Söylədim ki, Vladimir, bunu etmə, bilirsən ki, biz dostuq, ölkələri ələ keçirmə, çünki o zaman Moskva ağır zərbə altında qalacaq”. Tramp hansı zərbəni nəzərdə tutduğunu dəqiqləşdirmədən qeyd edib və əlavə edib ki, Rusiya lideri “çox güman ki, ona inanmayıb”.

Eyni zamanda ABŞ-ın keçmiş prezidenti bildirib ki, əgər yenidən prezident seçilərsə, o, ABŞ hökumətindən “müharibənin qızışdırıcılarını” və qlobalistləri qovacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Rusiyanın ultimatimuna cavab verdi

redaktor

İran və İsrail arasında münaqişənin sülh yolu ilə həlli üçün heç bir əsas yoxdur – Kreml adminstrasiyası

redaktor

Ukrayna bir gündə 7 kəndi azad etdi

redaktor