29 C
Bakı
16 Avqust 2026 14:54
Hadisə

Sürücü yaşlı qadını avtobusdan atdı: Yuyunmaq lazımdır – VİDEO

 

Rusiyanın Xabarovsk diyarında avtobus sürücüsü yaşlı qadını avtobusdan çölə atıb.

Tacxeber.com xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yaşlı qadından gələn qoxunu bəyənməyən sürücü sərnişini başından tutub oturacaqdan çəkib yerə yıxıb.

Daha sonra pilləkənlərdən kobud şəkildə sürüyərək yerə yıxıb salondan çıxarıb.

Ona konduktor da dəstək olub və qadının çantasını təpikləyib yuyunmaq lazım olduğunu deyib.

Şəhər hakimiyyətindən bildiriblər ki, həm sürücü, həm də konduktor işdən çıxarılıb.

İstintaq Komitəsi isə “Xuliqanlıq” maddəsi ilə cinayət işi açıb, sürücü artıq saxlanılıb.

Meriya onu da bildirdi ki, daşıyıcı sərnişindən üzr istəyib, ona ərzaq paketi alıb və həmin marşrutdan istifadə üçün imkan yaradıb./lent.az

Tacxeber.com

Oxşar xəbərlər

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor

Xankəndidə ev istəyən keçmiş məcburi köçkün: ‘Niyə normal evlərdən birini vermirlər?’

admin