28 C
Bakı
12 Avqust 2026 20:28
Digər

Eynulla Fətullayev Hacı Şahinin dəfninə gələnləri tənqid etdi: “Siz də deyirsiz demokratiya!”

Eynulla Fətullayev Hacı Şahinin dəfninə gələnləri tənqid etdi: “Siz də deyirsiz demokratiya!”

 

“Haqqin.az” saytının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev illahiyətçi hacı Şahin Həsənlinin vəfatından yazıb.

“Yeni Sabah” xəbər verir ki, Eynulla Fətullayev mərhumun dəfn mərasiminə gələn kütləni tənqid edib:

“Hacı Şahinin dəfninə baxdım… Allah Mirzə Fətəli Axundova, Mirzə Cəlilə və Mirzə Ələkbər Sabirə rəhmət eləsin…

Siz də deyirsiz demokratiya! A kişilər, demokratiya – savadlı millətin hakimiyyətidir. Nə isə…”.

Jurnalistin bu mövqeyi birmənalı qarşılanmayıb və tənqid olunub. Sosial şəbəkə istifadəçiləri E. Fətullayevin özünün “qanuni oğrularla”, korrupsionerlərlə dostluq etdiyini ona irad tutublar.

Jurnalist sonradan paylaşımını silib.

Tacxeber.com

Oxşar xəbərlər

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor

Türk Zəngi Dövləti pulu

redaktor

Eldar İsmayıloğlu poeziyasında psixoloji qaranlıq

redaktor