36 C
Bakı
14 İyul 2025 18:55
DünyaGündəm

Bu gecə Türkiyədə 7.4 bal gücündə zəlzələ olub – çocxlu sayda ölənlər və dağıntılar var.

Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Türkiyədə bu gün  7.4  maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.

Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.

Bu barədə şəhərin valisi Salih Ayhan açıqlama verib.

“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, – o vurğulayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada internet kəsildi

redaktor

Zelenski Rusiyanın xarici banklarda dondurulan milyardlarla dollarını Ukrayna üçün istədi

redaktor

Dünyanın ən güclü raketini bu ölkə istehsal edir

redaktor