Hadisə

SEPAH dul qadınlardan beynəlxalq narkotik ticarətində istifadə edir – VİDEO

 

Türkiyədə beynəlxalq narkotik ticarəti ilə məşğul olan iki iranlı qadın saxlanılıb.

Tacxeber.com xəbər verir ki, hadisə İstanbul hava limanında yaşanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Türkiyə mediasının məlumatına görə, qadınlardan biri olan Samirə Nəcəfinin mərhum həyat yoldaşı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olub və Suriyada öldürülüb. O, narkotik vasitələri Kərəcdəki təhlükəsizlik evində Reza Montazeri adlı mühafizəçidən aldığını etiraf edib.

Qadının üzərində 7 kq-a yaxın qadağan olunmuş maddə tapılıb.

Hər iki qadının əvvəllər heç vaxt qanunla problemləri olmadığı bildirilib.

Belə görünür ki, artıq SEPAH vaxtilə ona xidmət etmiş etmiş şəxslərin dul qadınlarından belə öz çirkin əməlləri üçün istifadə etməkdən çəkinmir.

 

Oxşar xəbərlər

Adnan Əhmədzadə seks işçilərindən də istifadə edirdi

admin

Türkiyədən gətirilən alim: “Başımı unitaza saldılar, ailəmlə təhdid olundum”

admin

Yanlış əməliyyat olunan 16 yaşlı Ümid vəfat etdi

redaktor