23.3 C
Bakı
13 İyun 2026 10:44
Gündəm

Allahşükür Paşazadə şəhid Orxan Əsgərovun dəfninə niyə qatılmadı? – QMİ susur…

Allahşükür Paşazadə şəhid Orxan Əsgərovun dəfninə niyə qatılmadı? – QMİ susur...

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərov bu gün II Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində bir sıra dövlət rəsmiləri iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri Hacı Şahin və Hacı Surxay iştirak etsə də, QMİ sədri Hacı Allahşükür Paşazadə gözə dəyməyib.

Tacxeber.com-ın əməkdaşı Şeyxin şəhidin dəfn mərasiminə qatılmamasının səbəbini öyrənmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə telefon əlaqəsi yaratmağa çalışıb. Saytın çoxsaylı cəhdlərinə baxmayaraq, müraciətlər cavabsız qalıb.

Xatırladaq ki, Orxan Əsgərovun dəfn mərasiminə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Müdafiə naziri Zakir Həsənov, Daxili İşlər naziri Vilayət Eyvazov, Müdafiə Sənayesi naziri Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər dövlət rəsmiləri qatılıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb?

admin

Son savaşımız-ARKTİKA..

redaktor

Makron yenə biabır oldu: Tramp-Zelenski görüşündə… – VİDEO

redaktor