Cəmiyyət

Partiya sədri: “Qalib Salahzadə Bilgəhdə insanların gülünc obyektinə çevrilib”

 

“Qeyri-ciddi insanların, eyni zamanda özünə və yaşına hörmət qoymayaraq ağlına deyil, ağzına gələni danışan şəxsin fikirlərinə nə münasibət bildirim? İnsan əvvəlcə özünə hörmət qoymağı bacarmalıdır ki, başqaları da ona hörmət qoysun. Əksi mümkün deyil. Utanmasan yaşamağa nə var? Allah hidayət versin deyirəm. İnsan yalan danışmamalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif ŞakiroğluBilgəhdəki mülkə görə sabiq deputat Qalib Salahzadə ilə aralarında yaranan gərginliyə münasibət bildirərkən deyib.

“Bu yaşda biri utanmadan yalan danışırsa daha mən nə deyə bilərəm? Bu şəxs ömrünün ahıl çağında ona məxsus olmayan mülkün sevdası ilə alışıb yanır. Düşüncəsi o qədər geri qalıb ki, anlamır. Anlamır ki, daha Bilgəhdə insanların gülünc obyektinə çevrilib. Allah hidayət versin”, – A.Şakiroğlu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Özünə xəyanət etmiş adamlara heç nəyi əmanət etmək olmaz

redaktor

“Sabah” Çempionlar Liqasının “pley-off”unda!

admin