22.8 C
Bakı
10 İyun 2026 00:30
Hadisə

Ermənilər Azərbaycan səfirliyinə gedən yolları bağladı

 

ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan gənclər federasiyasının nümayəndələri Azərbaycan səfirliyinə gedən 34 yolu bağlayıblar.

Tacxeber.com xəbər verir ki, bununla ermənilər Azərbaycanın guya Laçın yolunu bağlamasına “etirazlarını” nümayiş etdiriblər.

Onlar “30 min uşaq Azərbaycanın girovudur”, “Qarabağın blokadasını dayandırın” və s. kimi absurd şüarlar yazılan plakatlar qaldırıblar.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Rəhimin son halı – Video

redaktor

İranda daha bir general öldürüldü

redaktor

Beş məntəqənin nəticəsi ləğv edildi – Rəsmi

admin