Cəmiyyət

“Dünyasını dəyişən yaxınına görə “TikTok”a çox girmirəm” – Bilal Əliyev

 

 

“Ümumiyyətlə, sosial şəbəkələrdən şəxsi qazancım olmur. “TikTok”dan qazandığımı nə özümə, nə ailəmə, nə də evimə xərcləyirəm. Orada yığılan pulları başqa şəxslər çıxarıb xeyriyyə işlərinə sərf edirlər. O pullar xəstələrə, yardıma ehtiyacı olan şəxslərə yönəlir. Nə qədər pul yığıldığını da bilmirəm”.

Tacxeber.com xəbər verir ki, bunu News24.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

Sənətçi bildirib ki, son zamanlar dünyasını dəyişən yaxınına görə “TikTok”a çox girmir: “Mənim qazanc yerim tamam başqadır. Toylara, tədbirlərə gedirəm. Qazancım qeyd etdiyim istiqamətlərdən çıxır. Toylardan qazandığım məbləği isə açıqlamaq istəmirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Evlərini kirayə verənlərdən vergi tutulacaq

redaktor

Bu gün tuneldə batan şəxslərin çəkdikləri SON VİDEO

redaktor

“Uşaqlar əmi, dayı, xala uşaqlarına sevgili gözü ilə baxır” – Psixoloqdan iddia

redaktor