Sağlamlıq

Ağciyərləri möhkəmləndirmək üçün vacib qidalar

 

Ağciyərləri möhkəmləndirmək üçün vacib qidalar

 

Qışda ağciyərlər ən çox risk altında olan orqandır. Burun, tənəffüs orqanları ilə viruslar bronx və ağciyərlərə keçərək onları zədələyir.

Tacxeber.com xəbər verir ki, dietoloq Yelena Solomatina qışda ağciyərləri dəstəkləmək üçün A və E vitaminləri ilə zəngin qidalara ehtiyac duyulduğunu bildirib.

“A vitamini selikli qişaların tamlığı üçün ən vacib vitamindir. Bu vitamin sarı və narıncı meyvə tərəvəzin tərkibində çox olur: pomidor, bibər, balqabaq, kök.

Məhz bu qidalar ağciyərlər üçün faydalıdır. Eləcə də ağciyərlər yağı çox sevir. A vitamini yaxşı mənimsənilsin deyə yüngül isti işlənmədən keçirilməlidir.

Təmiz kərə yağı, quyruq, salo, yumurta sarısı, heyvani piylər də ağciyərlər üçün əvəzolunmazdır.

Alveolların üzəri yağdan ibarətdir, ona görə ağciyərlər yağı sevir.

Ağciyərlərə qan yaxşı dövr etsin deyə, damar möhkəmləndirici qidalar lazımdır. Bunlar tünd qırmızı bənövşəyi rəngdə olan qidalardır: qırmızı kələm, çuğundur, gavalı, giləmeyvələr və s.

Tacxeber.com

Oxşar xəbərlər

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

redaktor

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

redaktor

Qadın və kişi həkim

redaktor