22.5 C
Bakı
29 İyun 2026 07:02
Cəmiyyət

Vasif Talıbov daha bir vəzifəsini itirdi – FOTO

 

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov daha bir vəzifəsini itirib.

Tacxeber.com xəbər verir ki, o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. Bu barədə hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib. Bundan əvvəl orada Vasif Talıbovun adı qeyd olunmuşdu.

Güman ki, Vasif Talıbovun sədr postunu itirməsi ilə bağlı yaxın günlərdə YAP-ın rəsmi açıqlaması yayılacaq.

Məlumat üçün deyək ki, YAP-ın Naxçıvan MR təşkilatı 1995-ci ildə təsis edilib. Vasif Talıbov həmin ildən təşkilata sədrlik edirdi.

Qaynarinfo

 

Oxşar xəbərlər

Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi

redaktor

İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı

redaktor

Bakıda DƏHŞƏT: “Patı”nı suyun, çörəyin içinə qatıb gənclərə verirlər – VİDEO

redaktor