22 C
Bakı
30 Sentyabr 2026 10:58
Gündəm

Azərbaycandan kömək istəyən erməni təhvil verildi

 

Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.

Bu gün Şuşada – Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb.

Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir. (Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna cəbhəsi barədə…

redaktor

Qubad İbadoğluna azadlıq, bütün siyasi məhbuslara azadlıq!

redaktor

Üç ABŞ senatoru: “Siyasi məhbusların azadlığı Bakı ilə tərəfdaşlığın şərti olmalıdır”

admin