Hadisə

“Sputnik”in baş redaktoru saxlanıldı

 

“Sputnik Litva”nın baş redaktoru Marat Kasem Riqada xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını pozmaqda eləcə də casusluqda ittiham olunur.

Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova münasibət bildirib.

Nazirlik rəsmisi hadisənin araşdırıldığını deyib.

Onun sözlərinə görə, jurnalistin saxlanması beynəlxalq hüququn bütün normalarını pozur.

Latviya vətəndaşı Marat Kasem bir neçə il Moskvada “Russia Today” media qrupunda işləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada 15 nəfərin həlak olduğu yanğının baş verdiyi kafe azərbaycanlıya məxsusdur – YENİLƏNİB + FOTO/VİDEO

admin

Elçibəyin müşaviri olmuş məşhur alimi maşınla vuran şəxs tanınmış həkimdir

redaktor

Alen Delonun oğlu olduğu iddia edilən şəxs mənzilində ölü tapılıb

redaktor