Hadisə

DİN valyuta dəyişmə məntəqəsində qumbaranın partlaması ilə bağlı məlumat yaydı

 

Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib. İlkin araşdırmalar nəticəsində hadisənin ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107 markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.

Tacxeber.com-ın xəbərinə görə, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstana aparılmaq üçün kökündən çıxarılan nəhəng ağaclar müsadirə olunub

admin

Bakı Dövlət Universitetinin dosenti Nərman Süleymanov (Qocatürk) noyabrın 18-də yaşadığı evdə ölü tapılıb

redaktor

Faciələrin qarşısını necə ala bilərik?

redaktor