26 C
Bakı
27 Sentyabr 2026 19:18
Cəmiyyət

Qışda papaq taxmaq saçları tökür – DERMATOLOQ

 

“Qışda yanlış seçilmiş papaq, şapka saçın tökülməsinə səbəb ola bilər”.

Tacxeber.com xəbər verir ki, bu sözləri dermatoloq Tatyana Eqorova müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, papağın kiçik ölçülü olması beyin qan dövranını pozur və saçları zədələyir.

Dermatoloq, həmçinin onların materialına da diqqət etməyi məsləhət görüb:

“Pambıq materiallı papaqlara, şapkalara üstünlük verin. Sintetikdən hazırlanan papaqlar saçları elektrikləndirir, hüceyrə membranlarını məhv edir. Nəticədə saçlar daha sürətli tökülməyə başlayır”.

Həkim qanda dəmir və hemoqlobin səviyyəsinin aşağı olmasının da saç tökülməsinə səbəb ola biləcəyini qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq

redaktor

Xarici Siyasətdə “İslamofobiya” tənqidi, daxildə hicab qadağası

redaktor

Giləmeyvələr fəsiləsi

redaktor