İqtisadiyyat

Azərbaycanda ət bahalaşdı

Azərbaycanda ət bahalaşdı

 

Azərbaycanda ətin qiyməti kəskin artıb.

Tacxeber.comxəbər verir ki, hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16 AZN, quzu ətinin kilosu isə 19-20 AZN təklif edilir.

Satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər.

Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb.

Satıcılar bildirir ki, ətin bahalaşmasının digər səbəbi isə son 3 gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.

Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını deyirlər. Onlar qeyd ediblər ki,  rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Fındığın qiyməti niyə 10 ildir artmır?

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

İsveçdə bu gün seçkilərdir. Hakimiyyətdə sağçılar, müxalifətdə isə solçulardır.

redaktor