Dünya

“Rubl ilə zərbə vurmaq alınmadı: Putin “qeyri-dost” ölkələrə qaza görə valyuta ilə ödəniş etməyə icazə verib

“Rusiyada ilk dəfə olaraq etiraf edilib ki, sanksiyalar iqtisadiyyatda böyük problemlər yaradıb…”

“Son zamanlar Avropa bazarlarında qazın qiyməti sürətlə aşağı düşür və artıq müharibədən öncəki səviyyəyə enib…”

Rusiyanın qaz tədarükçüləri “qeyri-dost” ölkələrdən ödənişi xarici valyutada qəbul edə biləcək. Bu barədə Rusiya prezidenti Vladimir Putinin fərmanında deyilir.

Moderator.az xəbər verir ki, bu barədə “Nastoyaşşeye vremya” nəşri yazıb.

Söhbət ixrac tədarükü üzrə borc ödənişlərindən gedir. Qaz üçün borc ödənişini xarici valyutada açılan və müqavilədə göstərilən rusiyalı tədarükçünün xüsusi hesabına köçürmək təklif edilir.

Bu fərman mart ayında qaz üçün bütün hesabların istisnasız olaraq rublda köçürülməsini nəzərdə tutan sənədə düzəliş edir.

2022-ci ilin martında Mərkəzi Bankın dollar və avroda olan aktivlərinin dondurulması fonunda Putin izah edib ki, xarici dövlətlər öz valyutalarından “silah kimi” istifadə edir, ona görə də Rusiya hesablamalarda valyutadan imtina edib.

Polşa, Bolqarıstan, Finlandiya və Niderland operatorları bu şərtlərdən imtina edib, bu səbəbdən onlara tədarük dayandırılıb.

Qeyd edək ki, son zamanlar Avropa bazarlarında qazın qiyməti sürətlə aşağı düşür və artıq müharibədən öncəki səviyyəyə enib.

Rusiyada ilk dəfə olaraq rəsmən etiraf edilib ki, sanksiyalar iqtisadiyyatda böyük problemlər yaradıb.

Tacxeber.com

Oxşar xəbərlər

Başqa seçimim yoxdur, Moskvanı vuracağam – Tramp

admin

Argentina Prezidenti məmurları kütləvi şəkildə işdən azad etməyə başlayıb

redaktor

“ABŞ VƏ RUSİYA EYNİ MÖVQEDƏN ÇIXIŞ EDİR…” – Zelenski AÇIQLADI

redaktor