23.7 C
Bakı
09 İyun 2026 19:36
Dünya

İtaliyada əlində fişəng partlayan uşaq qolsuz qaldı

 

İtaliyada Yeni il gecəsi baş verən pirotexniki partlayışlar nəticəsində 180-ə yaxın insan xəsarət alıb.

Bu barədə bazar günü respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

Ən ağır hadisələr Neapol və Milanda qeydə alınıb. Romada 59 avtomobil yandırılıb.

Qurbanlar arasında 50 azyaşlı var. İtaliyanın cənubundakı Tarantoda fişəng partlaması nəticəsində aldığı xəsarətlər səbəbindən 10 yaşlı uşağın qolu amputasiya edilib.

İtaliyanın bir sıra şəhərlərində hakimiyyət insidentlərin qarşısını almaq, heyvanları və quşları qorumaq üçün Yeni il atəşfəşanlığını qadağan edib, lakin bir çox yerli sakinlər qadağalara əməl etməyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Zəifləmiş Rusiya, abxazlar və başqa Qafqaz xalqları üçün artıq əvvəlki qorxunc monstr deyil.

admin

İnsan alverçiləri Rusiyaya döyüşçü ixrac edir – Hindistanlının faciəli sonu

admin

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırıla bilər

redaktor