Hadisə

Gəncədə sürücüdən təhlükə: Əks yol, qırmızı işıq, məktəblilərə təhlükə – VİDEO

Gəncədə sürücüdən təhlükə: Əks yol, qırmızı işıq, məktəblilərə təhlükə - VİDEO

Gəncədə qaydaları pozan sürücü təhlükəli anlar yaşadıb. Hadisə dekabrın 28-də, Gəncə şəhərində baş verib. Belə ki, 10-MA-631 qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü əks yola çıxaraq ötmə qaydasını pozub. Daha sonra isə svetoforun qırmızı işığında dayanmayaraq hərəkətinə davam edib. Sürücünün bu hərəkəti faciə ilə nəticələnə bilərdi. Videodan da aydın şəkildə görünür ki, piyada keçidində məktəblilər hərəkət edir. Onlardan biri qaçıb həmin maşının qarşısına çıxsaydı qəza qaçılmaz olacaqdı. (Avtosfer.az)

Videonu sizə təqdim edirik :

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Niyə bu qədər adam dənizdə boğulur?

redaktor

Ailəsi: “Ələsgər Məmmədli təcridxanada yenidən ürək tutması keçirib”

admin