Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçuların siyahısını hazırlayıb.
Tacxəbər Qol.az-a istinadən xəbər verir ki, birinci yeri 22 qolla Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi tutub. İkinci yerdə Kilian Mbappe (21), üçüncü yerdə isə Julian Alvares (15) qərarlaşıb.