GündəmSiyasət

Elmar Məmmədyarov tapşırıqla XİN-ə işçi götürdüyünü etiraf etdi – VİDEO

 

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb.

Tacxeber.com xəbər verir ki, o, bu barədə APA TV-nin əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?” sualını cavablandırıb.

“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub” –  sabiq XİN başçısı suala cavab olaraq bildirib.

Həmin müsahibəni təqdim edirik:

 

Tacxeber.com

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin