Gündəm

“Vasif Talıbov soyuducuda olanları çantasına doldururdu, dedim, nə edirsən? Hırıldayırdı…”

“Vasif Talıbovla Naxçıvana getmişdik. Bizi Süleyman Dəmirəl qarşıladı. “Şeraton” hoteldə qaldıq. Orada baş verənlər yadıma düşəndə ətim ürpənir…”

Tacxeber.com-ın xəbərinə görə, bunu Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı “TV Müsavat”ın efirində bildirib.

“Bilirsiniz, həmin hotel brenddir, nə istəsən, soyuducuda var. Nəsə götürdünsə, həmin an yenisini qoyurlar. Vasif Talıbov soyuducunu açırdı, içindəkiləri çantasına doldururdu. Soyuducu dolanda, yenə eyni qaydada edirdi. Dedim, sən nə edirsən? Hırıldayırdı… Düşündüm ki, bu adam Azərbaycanı rəzil edir. Dedim, daha mən bununla qalmıram”, – N.Pənahlı qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

1937 geri qayıdır: Damğalar dəyişir, üsullar yox

redaktor

Rusiya-İran yük gəmiləri və neft obyektləri hədəf alındı – Zelenski təsdiqlədi

redaktor

AYNA-nın fəaliyyətini “TikTok”da tənqid edən taksi sürücüsünə 15 sutka həbs verilib

admin