25.7 C
Bakı
13 İyun 2026 22:33
İdman

Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

 

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi komandanın qarşıdakı 3 oyununu buraxacaq.

Tacxeber.com xəbər verir ki, Argentina millisinin kapitanı çempionatın 2, ölkə kubokunun isə 1 matçında iştirak edə bilməyəcək.

Yığma ilə Qətərdə dünya çempionluğunu qazanan 35 yaşlı oyunçuya məşqçilər korpusu istirahət üçün vaxt verib. Ulduz futbolçu yanvarın 3-də Fransaya qayıdaraq məşqlərə başlayacaq. Messi Liqa 1-də “Strasburq” (28 dekabr) və “Lans” (1 yanvar), eyni zamanda, ölkə kobokunda “Şatoru” (6 yanvar) ilə görüşü buraxacaq.

Qeyd edək ki, PSJ 15 turdan sonra 41 xalla Fransa çempionatına başçılıq edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?

redaktor

“Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu” – Qurban Qurbanov

redaktor

Azərbaycan gimnastları qızıl qazandılar

redaktor