25 C
Bakı
16 Avqust 2026 08:23
Gündəm

Putinlə görüşdən sonra kritik gəlişmə: “Tam hazırıq”

Rusiyanın Belarusda yerləşdirilən “İsgəndər” taktiki raket kompleksləri və S-400 hava hücumundan müdafiə sistemləri qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazırdır.

Bunu Belarus Müdafiə Nazirliyinin İdeologiya Baş İdarəsinin rəisi Leonid Kasinski deyib.

“Hərbçi və ekipajlarımız Rusiya və Belarus silahlı qüvvələrinin birgə döyüş hazırlığı mərkəzlərində təlim keçib. Bu silahlar (“İsgəndər” və S-400) döyüş növbətçiliyindədir və təyinatı üzrə tapşırıqları yerinə yetirmək üçün tam hazırdır”, – nazirliyin rəsmisi bildirib.

Kasinski onu da əlavə edib ki, ölkəsinin hərbi təyyarələri xüsusi aviasiya sursatları daşımaq üçün dəyişdirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra S-400 və “İsgəndər” sistemlərini işə saldıqlarını demişdi. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır?

redaktor

Danimarka şahzadəsi İzabella avqustun 3-dən etibarən orduda xidmətə başlayıb

redaktor

Husilər “Məkkə paktı”nı sınağa çəkir

redaktor