24 C
Bakı
21 Oktyabr 2026 13:09
Gündəm

Zelenski ABŞ-dan qayıdarkən Polşada ölkə prezidenti ilə görüşüb – VİDEO

Zelenski ABŞ-dan qayıdarkən Polşada ölkə prezidenti ilə görüşüb - VİDEO

 

ABŞ-dan Polşa vasitəsilə qayıdan Ukrayna Prezidenti Volodimir Zelenski yerli həmkarı Anjey Duda ilə görüşüb.

Tacxeber.com xəbər verir ki, bu barədə cümə axşamı Ukrayna dövlət başçısının rəsmi “Telegram” kanalı məlumat yayıb.

“Evə gedərkən mən Ukraynanın dostu, Polşa Prezidenti Anjey Duda ilə görüşdüm. Biz ilin yekunlarını, gələcək üçün strateji planları, ikitərəfli münasibətləri və 2023-cü ildə beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyəti müzakirə etdik”, – məlumatda deyilir. .

Qeyd edək ki, dekabrın 21-də Zelenski ABŞ prezidenti Co Baydenin dəvəti ilə Vaşinqtonda olub. Dövlət başçısı Konqres rəhbərliyi ilə görüşüb və orada çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər

Forbes: “Hicab və İsrail məsələsi Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradıb”

admin

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor