DünyaSiyasət

Zelenski ABŞ-yə gedir – AÇIQLAMA

 

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Vaşinqtona səfərə gedir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilir ki, Zelenski Konqresin iclasında iştirak edəcək. Bu onun Ukraynada müharibə başlayandan bəri ABŞ-yə ilk şəxsi səfəri olacaq.

“Axios”a məlumat verən mənbələr bildirib ki, səfərin təfərrüatları hələ razılaşdırılmasa da, ABŞ Kapitol polisi çərşənbə günü mümkün səfər üçün təhlükəsizliyi gücləndirir.

Mənbələrdən biri bildirib ki, Zelenskinin səfəri təhlükəsizlikdən asılıdır.

Onun Ukraynaya göstərilən milyardlarla dollar yardıma görə millət vəkillərinə təşəkkür edəcəyi, həmçinin maliyyənin artırılmasına ehtiyac olduğunu izah edəcəyi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Röpke: İl-76 havada partlayışdan sonra qəzaya uğrayıb.

admin

“SSRİ dağıldıqdan sonra Rusiya ən ağır dövrünü yaşayır”. Baza 5 gündür yanır, həbsxanada qiyam… – Nə baş verir?

admin

Tramp Putinin Rusiyanın Donbasa tam nəzarət etməsi ideyasını dəstəkləyir

redaktor