DünyaHadisə

Ukraynanın işğalına aparılmayan rusiyalı özünü bıçaqladı

Ukraynanın işğalına aparılmayan rusiyalı özünü bıçaqladı

 

Rusiyanın Orenburqdan olan 22 yaşlı vətəndaşı Daniil R. ukraynalıları o qədər öldürmək istəyir ki, az qala özünü öldürəcəkdi.

Tacxeber.comUNİAN-a istinadla istinadla bildirir ki, o, döyüşə aparılmadığı üçün əsəbiləşib, özünü bıçaqlayıb.

“Diqqət, xəbərlər”ə teleqram kanalının məlumatına görə, insident Rostov-na-Donuda dəmiryol vağzalında baş verib.

“Könüllü” yararsız hesab edilərək evə göndəriləndə Ukraynada döyüşə biləcəyini sübut etmək üçün özünü doğrayıb.

Telekanalın məlumatına görə, rus yerli kazaklardan göndəriş alıb, könüllü kimi qeydiyyatdan keçib və Novocherkassk yaxınlığındakı poliqona gedib. Ancaq iki gün sonra Danilə həqiqi döyüş əməliyyatları üçün uyğun olmadığını bildirib, təkidlə təlim və xidmət keçməkdən könüllü imtina yazmasını ondan istəyiblər.

Əsəbləşən “vətənpərvər” bıçağı çıxarıb və özünü qarnından bıçaqlayıb. Bununla da o, ağrıdan qorxmadığını və müharibədə iştirak etməyə hazır olduğunu özünə sübut etmək istəyib.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor

KTMT parçalanır

admin