Siyasət

Talıbovun səlahiyyətləri ona tapşırıldı

 

Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verib.

Axar.az-ın məlumatına görə, onun vəzifələrini müvəqqəti olaraq birinci müavini Azər Zeynalova tapşırılıb.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin sədri istefa verdikdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası sədrin birinci müavini tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, Azər Zeynalovun 52 yaşı var. O, 2005-ci ildən Ali Məclisin deputatıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor

İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir

redaktor