29 C
Bakı
15 Sentyabr 2026 20:14
Dünya

Ruslar “Patriot”ların Ukraynaya gəlişini gözləyir

 

Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya mümkün tədarükü rusiyalı mütəxəssislərə onları döyüş şəraitində yaxından öyrənməyə imkan verəcək.

 

Bunu Xorvatiyanın “Advance” qəzetinin köşə yazarı Antun Roça deyib.

“Ukraynada bu zenit-raket kompleksləri peyda olan kimi onların məhv edilməsi Rusiya qüvvələri üçün prioritet məsələyə çevriləcək. Bundan əlavə, onlar haqqında təfərrüatı öyrənməyə çalışacaqlar. Təbii ki, belə bir “araşdırma” amerikalıları heç bir şəkildə qane etmir”, – o bildirib.

Roça xatırladıb ki, Səudiyyə Ərəbistanında ABŞ “Patriot”ları Yəmən Husiləri ilə raket döyüşləri zamanı yaxşı nəticə göstərməyiblər.

Jurnalistin fikrincə, hava hücumundan müdafiə sistemlərinin tədarükü hərbi əməliyyatlarda dönüş yaratmaqdansa, Vaşinqtonun sədaqətini nümayiş etdirməyə üstünlük verəcək. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Müsəlman dua edir, lənətə gəlmiş xristianlar isə icad edir

redaktor

Türkiyədən Bakıya strateji mesaj: Türk dünyasının gündəliyi müzakirə olunur

redaktor

Fidanın 15 sentyabr ziyarəti…

redaktor