Dünya

Ukrayna kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”

Ukrayna kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”

 

Rusiya İrandan “Şahed-136” kamikadze dronlarının yeni partiyasını alıb. Onlardan artıq Ukraynaya hücumlar üçün istifadə edilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov telemarafonun efirində açıqlama verib.

“Bu, yeni bir partiyadır, lakin “Şahed”lərin ilkin kütləvi istifadəsi ilə müqayisədə, daha kiçikdir. Biz indi konkret rəqəmi şərh etmirik, amma görürük ki, məsələn, dünənki kütləvi raket zərbələri zamanı “Şahed”lərdən istifadə olunmayıb. Digər mövcud vasitələr, bütün raket silahlarından istifadə edilib”, – Yusov bildirib.

O, həmçinin qeyd edib ki, İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı hələlik heç bir məlumat yoxdur, lakin ölkələr arasında ilkin razılaşmalar və Kremlin transferə başlamaq üçün göstərdiyi fövqəladə səylər məlumdur.

Mənbə: rbc.ua

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

Tramp Putinin Krım körpüsünə hücumdan necə qəzəbləndiyini təsvir etdi

redaktor

Putin: “Bundan sonra nə olacağını yalnız Allah bilir”

redaktor