Hadisə

Azərbaycanda tanınmış aktyor evində ölü tapıldı – FOTO

 

Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.

Tacxeber.com-ın məlumatına görə, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O,  “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan…”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.


Oxşar xəbərlər

Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

admin

“Qarabağ”ın hücumçusu “Seltik”in düşərgəsində – Rəsmən təsdiqləndi

admin

Cəmil Həsənli İran səfirliyinə niyə dəvət edilib?

admin