Cəmiyyət

“Heç vaxt kitab oxumamışam”

“MTV maqazin” sənət adamları arasında sorğu apararaq, sonuncu dəfə hansı kitabı oxuduqlarını soruşub.

Diqqət çəkən açıqlamalardan biri müğənni Mətanət Əsədova ilə bağlı olub. Sənətçi heç vaxt kitab oxumadığını deyib.

“Heç vaxt kitab oxumamışam, gərək düzünü deyim. Çünki gözlərim indi əməliyyat olub. Yaxşı görmürdüm. Bəlkə bundan sonra kitab oxudum” deyə, Əsədova söyləyib.

Müğənni Gülay Zeynallı “Koronavirusdan sonra yaddaş pozunluğu yaranıb. Psixoloji kitablar oxuyuram” deyə, söyləyib.

Əməkdar artist Gülüstan Əliyeva “Şüuraltı təmizləmə psixoloqu var, onun kitabını oxumuşam” cavabını verib.

Müğənni Xatun isə suala “Mütailə əsəblərə, düşüncəyə təsir edir. Çingiz Abdullayevin “Manyakın idrakı” kitabını oxumuşam. Oradakı hadisələr məni bu dünyadan aparmışdı” reaksiyasını verib.

“Kitab oxumaq da bir savadddır. Amma özüm oxumuram. heç məktəbdə kitab oxumamışam. Evdə övladlarım oxuyur. Kitab oxuyana da pis baxmıram” deyə, müğənni Manaf Ağayev cavab verib. Axsam.az

Tacxeber.com

Oxşar xəbərlər

İlk vizanı hansı səfirliklərdən almalıyıq?

admin

Fərid Rəsul Azərbaycandn “Niva” ilə Bakıdan Çinə gedir.

admin

Baş nazir Əli Əsədova sarsıdıci zərbə – Hökumət mətbuatında Bas nazir in obyektərinin siyahısı yayıldı

admin