22.5 C
Bakı
29 İyun 2026 05:27
Dünya

Rusiya daha bir nüvə raketini atəş vəziyyətinə gətirdi

 

Rusiyanın Kaluqa vilayətində yerləşən hərbi hissələrdən birində “Yars” qitələrarası ballistik raketi atəş şaxtasına yerləşdirilib.

 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, raketin yüklənməsi xüsusi texnikanın köməyi ilə bir neçə saat ərzində həyata keçirilib.

Bildirilib ki, daha bir nüvə raketinin istifadəyə verilməsi Rusiyanın qarşısına qoyduğu istənilən strateji hədəflərə çatmasına şərait yaradacaq.

Həmçinin qeyd olunub ki, “Yars” Rusiya strateji raket kompleksi olub, başlığı ayrıla biləndir və “Topol-M” raket kompleksinin modifikasiya olunmuş versiyasıdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Sülhməramlılar” Paşinyanı qara siyahıya saldı

redaktor

Ukrayna Rusiyaya görə bu pivənin adını dəyişdi

redaktor

Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? – SENSASİON MƏLUMATLAR

redaktor