Cəmiyyət

Keçmiş məhkum qadın narkotikə görə saxlanıldı – FOTO

Keçmiş məhkum qadın narkotikə görə saxlanıldı - FOTO

 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən güclü təsiredici xassəyə malik narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri, əvvəllər məhkum edilmişlər Xəyalə Cəfərova və Malik Məmmədov saxlanılıblar. Onların üzərində aparılan şəxsi axtarış zamanı X.Cəfərovadan külli miqdarda heroin və M.Məmmədovdan isə heroin və metamfetamin aşkar edilərək götürülüb.

Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin