Gündəm

Xankəndi yolunda baş verənlər Türkiyə mətbuatında – VİDEO

Xankəndi yolunda baş verənlər Türkiyə mətbuatında - VİDEO

 

Azərbaycanın ekoloji fəallarının və qeyri-hökumət təşkilatlarının Şuşa-Xankəndi yolunda dinc etiraz aksiyası Türkiyə mediasına da yansıyıb.

Tacxeber.comxəbər verir ki, azərbaycanlıların Laçın dəhlizi üzərində başlatdığı aksiya barədə “Haber Global” məlumat dərc edib.

Ermənistanın Azərbaycana məxsus mədənləri talan etməsi bildirilib.

“Qarabağda erməni əhalinin məskunlaşdığı bölgədəki mədənlərin qanunsuz istismarının və bunun nəticəsində ətraf mühitə dəyən ziyanın qarşısını almaq istəyən nümayişçilər Rusiya qüvvələrinin komandanı Andrey Volkovun bölgəyə gəlməsini tələb ediblər. Ötən həftə Rusiya qüvvələrinin komandanlığı ilə aparılan danışıqların nəticəsi olaraq, azərbaycanlı mütəxəssislərin ermənilərin məskunlaşdığı Azərbaycan ərazilərindəki Qızılbula1 qızıl mədəninə və dəmir mis mədəninə baxış keçirməsi razılaşdırılıb. Mütəxəssislər rayona getsələr də, onların mədənlərə girişinin qarşısı ermənilər tərəfindən alınıb”, – məlumatda deyilir.

Oxşar xəbərlər

Zelenski 20-bəndlik sülh sazişi layihəsini açıqlayıb

admin

Ukraynadan Diaspor Komitəsinə sərt müraciət: “Biraz vicdanlı, bir az azərbaycanlı olun”

redaktor

Pezeşkian istefa ərizəsini Xameneiyə təqdim edib

redaktor