24.2 C
Bakı
28 İyun 2026 20:30
Cəmiyyət

Şuşadakı etirazçıların çadırlarına işıq da çəkildi – Fotolar

Şuşadakı etirazçıların çadırlarına işıq da çəkildi - Fotolar

 

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.

Tacxeber.com xəbər verir ki, aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə, yəni Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gəlməyənə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Səhər saatlarından etibarən ərazidə üç çadır quraşdırılmışdı. Artıq “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən həmin çadırlara elektrik enerjisinin verilişi təmin edilib. Bundan əlavə, “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sülhməramlıların nəzarətində olan yolun hissəsində Azərbaycan bayrağı qaldırılıb.



Oxşar xəbərlər

Qarabağ qazisi nazirliyi məhkəməyə verdi

redaktor

Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq

redaktor

Dərmanların bahalaşmasına səbəb Tarif Şurasının yanlış qərarlarıdır — AÇIQLAMA

redaktor