23.7 C
Bakı
09 İyun 2026 22:03
Dünya

Slovakiya Ukraynaya “MiQ-29” qırıcıları verməyə hazırdır

Slovakiya Ukraynaya “MiQ-29” qırıcıları verməyə hazırdır

 

“Slovakiya “MiQ-29” qırıcılarını Ukrayna hərbçilərinə verməyə hazırdır. Yaxın vaxtlarda bu məsələni həll etmək üçün Ukrayna nümayəndə heyəti Bratislavaya gələcək”.

Tacxeber.comxəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer “İnterfaks-Ukrayna”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, qırıcıların verilməsi məsələsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə ətraflı müzakirə olunub.

“Müdafiə naziri prezidentə bunu necə edə biləcəyimizi izah etdi. Düşünürəm ki, yaxın həftələrdə Ukrayna nümayəndə heyəti Slovakiyaya gələcək və amerikalı dostlarımızla birlikdə bunun reallaşması üçün çalışacağıq”, – nazir bildirib.

O qeyd edib ki, dekabrın 7-də Slovakiya həmçinin adıçəkilən qırıcılar üçün bir neçə min raketin tədarükü məsələsini də təsdiqləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvana uçmaq zülmə çevrilib – AZAL sərnişinləri təzyiq altına salır

redaktor

Suriyada gərginlik pik həddə.

admin

Moskvaya PUA hücumu: AZAL-ın təyyarəsi gecikir

redaktor