Dünya

Eva Kayli səlahiyyətlərindən məhrum edildi

 

 

Avropa Parlamentinin sədri Roberta Metsola Eva Kaylini müavini səlahiyyətlərindən məhrum etmək qərarına gəlib.

Tacxeber.com xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi Avropa Parlamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Belçika hakimiyyət orqanları tərəfindən davam edən araşdırma fonunda R.Metsola Avropa Parlamentinin vitse-prezidentinin bütün səlahiyyətlərini Eva Kaylidən götürmək barədə qərar verib və bu, dərhal qüvvəyə minir.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğandan hicab məsələsi ilə bağlı YENİ TƏKLİF

redaktor

ABŞ-da senatorlar Dr. Qubad İbadoğluya azadlıq tələb edir

admin

Aleksey Navalnı öldü – Son dəqiqə

admin