Dünya

Krım körpüsü yenə bağlanır

Dekabrın 11-dən etibarən yük maşınlarının, o cümlədən “Qazel”lərin Krım körpüsündə hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“11 dekabr 2022-ci il saat 00:00-dan etibarən yükgötürmə qabiliyyəti 1,5 tondan çox olan yük avtomobillərinin sürücüləri Kerç boğazını keçərkən səyahət üçün alternativ quru yol marşrutu seçməli və ya bərədən istifadə etməlidirlər”, – deyə məlumatda bildirilir.

Dekabrın 5-də Rusiya baş nazirinin müavini Marat Xusnullin Rusiya lideri Vladimir Putinə Krım körpüsünün yol hissəsinin sol zolağının təmirini 2023-cü ilin mart ayının sonunda başa çatdıracağına söz verib.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor