22.5 C
Bakı
29 İyun 2026 07:11
Sağlamlıq

Yuxusuzluğa və əsəbə qarşı – Bir bitkini sınayın

Rozmarinin efir yağlı ətri əzələ, sinirlərin rahatlamasına təsir edir.

Tacxeber.com xəbər verir ki, qış ərəfəsində təşviş pozuntusu və yuxu problemləri güclənə bilər.
Orqanizm soyuğun təsirindən, günəş əskikliyindən vitamin defisiti yaşayır.
Polşa ekspertləri bildirir ki, soyuq aylarda yuxuya getməkdə çətinlik çəkənlərin orqanizmində adrenalin stress hormonu artır.
İnsanlar gündüz işdə əsəbi, narahat, təşvişli olur.
Mütəxəssislər belə halda rozmarin adlı ətirli bitkiyə diqqət çəkir.
Bu bitkidə olan uçucu yağlar beyinə, sinir sisteminə təsir edir. Neyromediatorların sintezini aktivləşdirir. Bu zaman sakitləşmə, rahatlanma və xoş hisslər olur.
Bu bitkini çaya əlavə edə, yağını efir yağı kimi aromalampada yandırda, vannaya əlavə edə bilərsiz.
Eləcə də yataq otağında rozmarin bitkisini yandırın.
Bu bitki yaddaşı da yaxşılaşdırır.
Eləcə də baş ağrısını azaldır, virus əleyhinə təsir edir.
El arasında bu bitkiyə mərzə deyirlər.
Bitki satılan yerlər və apteklərdə olur.

Tacxeber.com

Oxşar xəbərlər

Şəkər əvəzediciləri karlıq və xərçəngə səbəb olur

redaktor

Antibiotiklər bağırsaq xərçəngini artırır

redaktor

Gözləri qorumağın 5 vacib qaydası

redaktor