İdman

DÇ-2022: Portuqaliya darmadağınla 1/4 finala yüksəldi – VİDEO

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

Bu raundun son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən Pireney təmsilçisi 1/4 finala yüksəlib.

Fernandu Santuşun baş məşqçi olduğu kollektivdən qolları 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə Rafael Leao vurublar. İsveçrəlilərin təsəlli qoluna isə 58-ci dəqiqədə Manuel Akanci imza atıb.

Qeyd edək ki, Portuqaliya millisinin 1/4 finaldakı rəqibi Mərakeş olacaq. Qarşılaşma dekabrın 10-da keçiriləcək.

 


Tacxeber.com

Oxşar xəbərlər

“Braqa”ya qol vuran Nərimanı məşhur Türkiyə klubu istəyir – VİDEO

redaktor

“Qarabağ”ın futbolçusunun avtomobilinin şüşəsini qırdılar – FOTO

redaktor

İsveç-Azərbaycan oyununda təxribata cəhd göstərən ermənilər saxlanılıblar

redaktor