Dünya

Çavuşoğlu xəbərdarlıq etdi: – “Külək əkən qasırğa biçər!”

 

Yunanıstan Egeyin şərqindəki adaların hərbiləşdirilməsini dayandırmalıdır.

Tacxeber.comxəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rumıniyalı həmkarı Boqdan Auresku ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Afina beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış zonalar hesab edilən adalara silah yerləşdirməkdən imtina etməlidir”, – deyə “Anadolu” agentliyi onun sözlərindən sitat gətirir.

Diplomat Ankaranın ona qarşı təhdidlərə məhəl qoymayacağını vurğulayıb.

“Külək əkən qasırğa biçər! Əgər Yunanıstan regionda sülhə qarşı olsa və geri addım atmasa, o zaman Türkiyə bütün lazımi addımları yerində atacaq”, – Çavuşoğlu xəbərdarlıq edib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin polisi rusiyalıların internetdə “cinayətlərini” daha fəal axtarmağa çağırıb

redaktor

İranın ikili oyunu: Sərt ritorika, açıq qalan diplomatiya

redaktor

USA VS UK….

redaktor