21 C
Bakı
09 Sentyabr 2026 10:50
Dünya

İran İsrailin xeyrinə casusluqda ittiham olunan dörd nəfəri EDAM ETDİ

İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilinən 4 nəfərə qarşı edam hökmü bazar günü icra edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi İslam Respublikası Ali Məhkəməsinin hökmünə istinadən məlumat yayıb.

“Bu səhər sionist kəşfiyyat xidməti ilə əlaqəli olan qrupun dörd əsas üzvünə qarşı hökmlər icra edilib”, – məlumatda bildirilib.

Daha üç təqsirli bilinən şəxs beş ildən on ilədək həbs cəzası alıb. Onlar İranın milli təhlükəsizliyinə zərbə vurmaqda, adam oğurluğunda şərik olmaqda, qanunsuz silah saxlamaqda, İranın nüvə obyektlərində təxribat, o cümlədən iranlı alimləri qətlə yetirməkdə təşkilatçılıqda ittiham olunublar.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Novorossiyskə hücum etdi: itkilər var

redaktor

Yəməndə vəziyyət

redaktor

Peskovun yalanları və ya raşizm “beyinləri yumağa” davam edir

redaktor