Hadisə

Azərbaycanda itdən qorxan 13 yaşlı qız öldü

Qubada itin hücumuna məruz qalan yeniyetmə qız vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Bir neçə gün əvvəl kənd ərazisində it 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib. Hadisə qızın yaşadığı evin həyətində baş verib. Küçə itləri həmin gün həyətə daxil olub.

Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Bildirilir ki, qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, G.Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub.

 

 

Oxşar xəbərlər

Səudiyyə şahzadəsinin dərs ola biləcək ölümü

redaktor

Anar Məmmədliyə 14, Anar Abdullaya 13 il həbs tələb olundu

admin

Prokuror AXCP üzvü Kənan Basqala 10 il həbs istəyib

admin