22.8 C
Bakı
10 İyun 2026 00:23
Cəmiyyət

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək.

Tacxeber.com  xəbər verir ki, bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O, Əlisa Nicatın təqaüd alma məsələsinə də toxunub.

“Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”, – Xəyal Rza bildirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Asif Bağırovun AFFA-ya Mourinyo ilə bağlı atmacasına – sən zarafat elə!

admin

Xəstəxanaya yerləşdirilən Xalq artistinin vəziyyəti pisləşdi: “Daxili qanaxması var, bu gün…”

redaktor

Biz bilmirik din adı altında uşaqlara nə aşılanır – Nazir

redaktor