25.3 C
Bakı
13 İyun 2026 11:39
Texnologiya

WhatsApp TƏHLÜKƏSİ: “Müdafiə olunmaq mümkünsüzdür” – Hakerlərdən SOS

 

Artıq Whatsapp-a güvən qalmayıb. Belə ki, 487 milyon WhatsApp istifadəçisinin məlumatı ələ keçirilib.

 

Tacxeber KONKRET.az-a istinadən xəbər verir ki, forumların birində verilən elanda bu qədər istifadəçinin dataları satışa çıxarılıb.

Hakerlərin fikrincə, sözügedən messencer sadə vətəndaşlar üçün təhlükəli ola bilər. Problem ondadır ki, WhatsApp istifadəçilərin şəxsi məlumatlarına giriş əldə edib. Əsas təhdid video yollayanda və görüntülü zənglərdə qabarır. Çünki həmin kadrlar WhatsApp və bəzi dələduzların, internet fırıldaqçılarının əlinə keçir. Bu problem isə yalnız WhatsApp-a yox, digər messencerlərə də aiddir.

 

Əsas təhdid istifadəçi məlumatlarının oğurlanması, telefonları sahibinə paralel işlətmək, səsyazısı və kameraya giriş əldə etməkdir. Hakerlər düşünür ki, “müdafiə olunmaq mümkünsüzdür”. Trolların yolladığı linklərə giriş isə bunu daha da qabartmış olur. Ən çox məlumat WhatsApp qruplarda oğurlanır.

 

Vaxtaşırı WhatsApp donmalar da bununla bağlıdır. Həmin vaxt kəsiyində istifadəçilərin məlumatı kopyalanır. Adını da qoyurlar ki, guya hansısa xəta baş verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

O, zaman təyyarədə sərnişinlər hər dəfə oksigen maskaları taxmalı olurdular.

admin

Vikipediya QALMAQALI böyüyür

admin

Çində ikimərtəbəli avtomobil ev təqdim olunub – FOTO

admin