25.3 C
Bakı
13 İyun 2026 13:00
İdmanSiyasət

Kamerunlu futbolçu DÇ matçına RF bayrağının təsviri olduğu butsilərdə çıxdı

Kamerun yığmasının yarımmüdafiəçisi Qael Ondua Qətərdə keçirilən dünya çempionatındakı matça Kamerun və Rusiya bayraqlarının təsviri olduğu butsilərdə çıxıb.

Ondua həmin butsilərdə İsveçrə millisinə qarşı oynayıb. 27 yaşlı futbolçu butsilərin şəklini özünün “Telegram” kanalında paylaşıb.

Qeyd edək ki, Ondua eyni zamanda Rusiya vətəndaşıdır. Atasının diplomatik fəaliyyətilə əlaqədar olaraq uşaqlığı Rusiyada keçib.

Ondua İsveçrəyə qarşı oyunda meydana 68-ci dəqiqədə çıxıb. Matç isveçrilələrin 1:0 hesablı qələbəsilə başa çatıb.

Tacxeber.com

Oxşar xəbərlər

Münhendə verilən sual və 2014-cü ilin kölgəsi

redaktor

İran səfiri Azərbaycan XİN-ə çağırıldı

redaktor

Şolts seçkiləri ağır şəkildə uduzdu, rəqibini təbrik etdi.

admin