Dünya

Gürcüstan-Azərbaycan sərhədində böyük tıxac yarandı – Video

Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.

Tacxeber.com “Xəzər.xəbər”ə istinadən xəbər verir ki, artıq günlərdir Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd – keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınları 30-km-dən uzun məsafədə növbə gözləyirlər.

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamenti Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problemin olmadığını bildirib.

Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır. Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.

Daha ətraflı videomaterialda:

 

 

Oxşar xəbərlər

“İndi Bakıya getmək arzumdur, xatirələr ürəyimi göynədir” –Kasparov müsahibə verdi, sülh sazişindən danışdı

redaktor

İlham Əliyev Avropada nə axtarır?

admin

Putindən müharibədə ölən rus əsgərlərinin ailələrinə maddi yardım

redaktor