26 C
Bakı
06 Avqust 2026 05:35
Cəmiyyət

Gəncədəki izdihamın səbəbi bu imiş – VİDEO/YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi qurumun Gəncə Regional Mərkəzinin qarşısında izdihamın baş verməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Ölkə.az-a verilən məlumata görə, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir:

“Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir.

Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür.

Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qaydada yönləndirilir”.

***
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Nəticədə FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Vətəndaşlar sıra ilə mərkəzə daxil olmaq yerinə, bir-birilərini itələyib güc yolu ilə idarəyə girməyə çalışıblar.

Yayılan görüntülər isə fərqli yanaşmalara və müzakirələrə səbəb olub.

Həmin videonu təqdim edirik:

 

 

Oxşar xəbərlər

Metro bağlanır, niyə əvəzedici avtobus pulsuz deyil?

redaktor

Şairin ömrü neçə il yaşaması ilə deyil, həqiqətin yanında neçə dəfə dayanması ilə ölçülür

redaktor

Azərbaycanda qapısına qıfıl vurulan universitetlər – Niyə fəaliyyətləri dayandırılıb?

redaktor