17 C
Bakı
01 Oktyabr 2026 04:06
Gündəm

Xameneyinin bacısı qızı həbs edildi

Xameneyinin bacısı qızı həbs edildi

İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də həbs edilib.

 

Tacxeber   xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Məlumata görə, siyasi fəalın qardaşı Mahmud Muradxani bu barədə tvit yazaraq bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbs edilib.

Qeyd olunur ki, vətəndaş cəmiyyəti fəalı olan Fəridə Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT Nazirliyi tərəfindən həbs edilib və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılıb.

Bildirilir ki, Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib.

2018-ci ilin iyununda da o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin

Gürcüstanda Azərbaycan türklərinin tarixi irsi necə məhv edilib və edilir

redaktor